Əfsanəvi sirk ustası Oleq Popov vəfat edib
Əfsanəvi sirk ustası Oleq Popov vəfat edib
03 Noyabr 2016 / 10:06 / Baxış sayı: 1078
Font1 Font2 Font3 Font4
Bizimxeber

SSRİ-nin və dünya sirkinin əfsanəvi klounu Oleq Popov 86 yaşında vəfat edib.

Bizimxeber.az  TASS agentliyinə istinadən bildirir ki, bu barədə Moskva sirkinin direktoru Edqar Zapaşnı məlumat verib.

Oleq Popov 20 ildən artıq idi ki, Almaniyada yaşayırdı.

Yaxınları aktyorla vida mərasiminin Rusiyada , yaxud Almaniyada keçiriləcəyi barədə heç bir məlumat verə bilməyib.

Xatırladaq ki, aktyor sirkin Rastovda qastrolu zamanı oteldə ölüb.

Sirkdəki fəaliyyətindən əlavə, Popov 14 filmdə çəkilmişdi və sovet uşaqlarının bir neçə nəslinin sevimlisi idi.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə