Ədliyyə Nazirliyində yeni idarə yaradılıb – SƏBƏB AÇIQLANDI
Ədliyyə Nazirliyində yeni idarə yaradılıb – SƏBƏB AÇIQLANDI
18 Noyabr 2016 / 23:36 / Baxış sayı: 1142
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi yaradılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin  “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 18 iyun 2016-cı il tarixli fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 420 ştat vahidi müəyyən edilib. Bundan əvvəl işçilərin say həddi 380 ştat idi.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə